Manşet

Hacı İbrahim Xəzərdə “boğuldu”, ərəblər də ona “yox” dedi – TƏFƏRRÜAT

Hacı İbrahim Xəzərdə “boğuldu”, ərəblər də ona “yox” dedi - TƏFƏRRÜATQalmaqallı və son illərin ən böyük projelərindən sayılan «Khazar İslands» layihəsi iflas edir və bir vaxtların çox cazibədar ideyalarından olan bu layihə indi xarici invesrorların maraq dairəsindən çıxıb.

Savash.org-u məlumatlandıran etibarlı mənbənin sözlərinə görə, layihənin iflası çoxdan proqnozlaşdırılsa da «Avesta» sirkətlər qrupunun rəhbəri, «Khazar İslands» projesinin müəllifi Hacı İbrahim Nehrəmli son günlərə qədər ümid edir və xarici investorları maraqlandıra biləcəyinə inanırmış:

“Amma indi qəti əminliklə iddia etmək olar ki, «Khazar İslands» layihəsi tam olaraq iflasa uğrayıb. «Khazar İslands» layihəsinin həyata keçirilməsində Hacı İbrahimin ən böyük ortaqlarından biri olan Türkiyənin ünlü iş adamı, milyarder Əli Ağaoğlunun işdən kənarlaşması Hacı İbrahimin son ümid işartılarını da söndürüb”.

Mənbənin sözlərinə görə, Hacı İbrahim Dubaydan və Qətərdən sözügedən layihəsinə maddi dəstək almaq ümidindəydi. Bununla bağlı ilkin danışıqlar aparılsa da sonda ərəb investorlar da Hacı İbrahimə arxa çeviriblər. İddialara görə, layihə ilə bağlı araşdırma aparan mütəxəssislər “Dənizdə ada” ideyasının elmi cəhətdən əsaslandırılmadığı nəticəsinə gəliblər və bu səbəbdən də Dubaydan və Qətərdən olan investorlar da əldə çıxıb.

Daxil olan məlumata görə, hazırda Hacı İbrahimin maddi durumu o dərəcədə katastrofikdir ki, o hətta sponsor olduğu “Xazar iseland” futzal komandasını maliyyələşdirməkdə çətinlik çəkir. Üç aydır ki, klub üzvlərinə maaş verilmədiyini söyləyən mənbəmiz bununla bağlı məsələnin yaxın günlərdə ictimailəşəcəyini də söyləyir
SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button