Manşet

“İlkinin qohumu mənə pul təklif etdi ki…” – Qətlə yetirilən Nərminin atası məhkəmədə danışdı

Bu gün, iyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi başlayıb.

“Burada deyilir ki, mən işgəncələrə məruz qalmamışam. Mən istintaq təcridxanasına gətiriləndə orada şəkillərimi, videomu çəkdilər. Həmin foto- və videoçəkilişlər məhkəməyə təqdim olunsun”, – o, prosesdə bildirib.

İ.Süleymanovun bu xahişini nəzərə almayan hakim D.İmanov vəkil Əlibaba Rzayevin iclasda video və fotoçəkiliş aparılması ilə bağlı vəsatətini də təmin etməyib.

Daha sonra vəkillər İ.Süleymanovun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər. Lakin bu vəsatət da təmin olunmayıb.

Vəkillərin digər vəsatəti şahidlər siyahısına 10 şahidin əlavə olunması ilə bağlı olub. Dövlət ittihamçısı həmin şahidlərdən birinə etiraz edərək məsələni məhkəmənin öhdəliyinə buraxdığını söyləyib. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlayıb.

Dedim ki, gözlə bacın məktəbdən qayıtsın

Zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev isə bildirib ki, 2019-cu il noyabrın 21-də məktəbdən gələndən Nərminə əmisigildən gödəkcəsini gətirməyini tapşırıb: “Dedim ki, gözlə bacın məktəbdən qayıtsın, bir yerdə gedərsiniz. Nərmin isə tək getdi”.

Atasının sözlərinə görə, bir saat keçib, Nərmin gəlməyib, digər qızını onun dalınca göndərib, həmin qızı gödəkcəni gətirib, amma Nərmini görmədiyini söyləyib: “Elə bildim ki, digər nənəsigildədir”.

O deyib ki, axşam saat 7-də qardaşı qızının xeyir işi ilə əlaqədar qonşu kəndə gedib: “Axşam 9-dan sonra qaynanamgilə gəldim, Nərmini axtardıq, amma o tapılmadı. Saat 10-dan sonra 102 Xidmətinə zəng etdim”.

Ş.Quliyev məhkəmə ifadəsində təqsirləndirilən şəxsin qohumlarından birinin ona pul təklif etdiyini, amma bundan imtina etdiyini söyləyib.

Hələlik, bu ittihama təqsirləndirilən şəxsin qohumlarından münasibət almaq mümkün olmayıb. Amma İ.Süleymanovun ailəsi və yaxınları onun bu ölüm işində iştirakını qəti olaraq təkzib edirlər.

Məhkəmə prosesi iyunun 16-a təxirə salınıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button