Manşet

“Həmin gecə neçə pampers dəyişmisən?” – Köçəryan Paşinyana 10 noyabr sənədini xatırlatdı

“Mən bu seçkilərin əleyhinə idim, düşünürdüm ki, müvəqqəti hökumət qurmaq daha yaxşı olar. Yaxşı olardı ki, daha sakit, daha anlaşıqlı daxili siyasi vəziyyətdə seçkilərə gedərdik”.

Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun rəhbəri Robert Köçəryan bunu mayın 31-də Şirak bölgəsinin sakinləri və “Ermənistan” blokunun fəalları ilə görüşü zamanı bildirib.

“Amma baş nazirin səlahiyyətlərini icra edən Paşinyan vəzifəsindən istefa vermək istəmədi. Seçkiləri biz təyin etməmişik, bunu mövcud rejim edib. Seçkilərə gedib onun təkrar seçilməsinə imkan verək? Yaxud, seçkilərdə iştirak etməyək? Yaxşı, bəs onda nə olacaq? Onun təkrar seçilməsinə kənardan tamaşa edəcəyik?”, – deyə Köçəryan sual edib.

Paşinyan haqqında danışan Ermənistanın eks-prezidenti söyləyib ki, əgər o özünə hörmət etsəydi, 10 noyabrda özünü güllələyərdi.

“Ola bilsin, dediklərim qəddar səslənir, amma bunu deməyə  bilmərəm. Beş min insan itirdik, 11 min yaralımız və ərazi itkimiz var. Bütün bunlar olmaya bilərdi. İndi isə baiskar rəşadətdən, mərdlikdən danışır. Halbuki, sözügedən sənədi imzaladıqdan sonra kim bilir, nə qədər pampers dəyişib”, – deyə ikinci prezident söyləyib.

Köçəryan mövcud hakimiyyətin öz  hərəkətlərinə görə məsuliyyət daşımalı olduğunu vurğulayıb. “Başa düşürəm ki, bu bir əyləncəyə çevrilməməlidir, çünki hakimiyyətin günahları ölkəmizə baha başa gəldi, amma ədalət bərqərar olmalıdır”, – deyə Robert Köçəryan fikrini tamamlayıb.

Selcan

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button