Manşet

Danışıqlardan sonra tərcüməçilər güllələnəcək? – Putin-Bayden görüşü ilə bağlı şok açıqlama

Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin.

Bunları “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar: “Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə 

Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını – “Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq.

Bu, sadəcə sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir”, – deyə Jirinovski qeyd edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button