Manşet

Kəlbəcərdəki minaları diversantlar basdırıb? – Polkovnikdən VACİB AÇIQLAMA

“Ola bilər ki, həmin ərazidən 100 maşın keçsin, 101-cisi minaya düşsün. Getdikcə yol zolağı oturur, təzyiq çoxalır və mina da kritik təzyiq zamanı partlamağa başlayır”.

“SAVAŞ” xəbər verir ki, bunu sfera.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Kəlbəcərdə minaya düşərək həyatlarını itirmiş vətəndaşlarımızla bağlı danışarkən deyib. O bildirib ki, bununla bağlı müxtəlif ehtimallar səsləndirilə bilər:

“Minalar hələ Birinci Qarabağ savaşından da qala bilər. Düşünmürəm ki, erməni diversantlar sonradan həmin ərazidə mina basdırıblar. Əgər mina basdırılan yer yolun üstündədirsə, onu aşkar etmək olur. Bu baxımdan qeyd edilən ehtimal inandırıcı deyil. Köhnə minalardan olması mümkündür. Versiyalar çoxdur.

Bilirsiniz, İkinci Dünya müharibəsində 50 il keçəndən sonra da partlayışlar olurdu, mülki insanlar arasında  tələfatlar baş verirdi. Baş vermiş hadisə ilə bağlı istintaq işi başlayıb. Müəyyən rəylər veriləcək və ondan sonra konkret nəsə demək mümkün olacaq”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad edəndən sonra bütün istiqamətlər nəzarət altına alınıb:

“Diversantlarla bağlı ehtimala sonuncu variant kimi baxıram. Kəlbəcər elə bir rayondur ki, orada döyüşlər gedib, istər Birinci Qarabağ savaşında, istərsə də sonuncu Vətən Müharibəsində düşmən həmin ərazidə minalar basdırıb. Hətta bilirik ki, ərazidən çıxan zaman – 10 günlük möhlət veriləndə də minalayırdılar. Düşünürəm ki, müharibənin əks-sədası hələ indi gəlir. Lakin ora gedən insanlar, qruplar mina sahələri təmizlənmiş və işarələnmiş yerlərlə getməlidirlər”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button