Manşet

“Köçəryan başa düşür ki, Paşinyan onunla məsələni bitirəcək…” – Düşmən ölkədə nə baş verir?

“Ermənistanda seçkiqabağı parlament kampaniyası iyunun 18-nə qədər davam edəcək, sonra isə “sükut günü” elan olunacaq. Lakin Köçəryanın seçki qərargahı həmin gün də sakit qalmaq istəmir və İkinci Qarabağ müharibəsi zamanı itkin düşən ermənilər üçün “matəm günü” elan edərək tədbirlər keçirmək fikrindədir”.

Bunu politoloq Əlimusa İbrahimov Ermənistanda yaxınlaşmaqda olan seçkilərdən danışarkən deyib.

O bildirib ki, parlamentdə yüksək səslə təmsil olunmaq uğrunda mübarizə Baş Nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanla eks-prezident Robert Köçəryan arasında gedir:

“Müxtəlif təşkilatların rəy sorğularında Köçəryanın az qala reytinqdə Paşinyana bərabər olduğunu göstərmələri seçkiqabağı təbliğatdan başqa bir şey deyil. Erməni xalqı nankor olub qonşuları və digər millətlər tərəfindən onlara edilən yaxşılığı unuda bilər, amma  Robert Köçəryan və Serj Sarkisyanın Qarabağ erməni klanını onların başına çıxardığı günləri uzun zaman unutmayacaqlar. Ermənilər növbəti dəfə bu klanın nökərçiliyi altına düşmək fikrindən çox uzaqdırlar.

Köçəryan seçkiyə erməni xalqını düşünərək getsəydi, o, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Paşinyana qarşı koalisiya yaratmaq təklifini qəbul edər və birlikdə seçkilərdə iştirak edərdilər. O, öz xələfinin təklifini qəbul etməməməsini “mənəvi” səbəblərlə əlaqələndirdi. Bu səbəblər isə Levonun Ermənistanda elə ilk dəfə Qarabağ erməni klanı haqqında ucadan danışması hesab olunur”.

Müsahibimiz qeyd edib ki, Köçəryanın seçkiyə qoşulmaqda ilk məqsədi özünü və ailəsini yenidən hakimiyyətə gələcək Paşinyanın qəzəbindən qorumaqdır:

“Şübhəsiz, yenidən hakimiyyətə gəldikdən sonra Paşinyanın ilk vəzifəsi Robert Köçəryanla məsələni sona çatdırmaq olacaq. Belə olan halda, Robert özünü və ailəsini qorumaq üçün seçkiyə qatılmağa məhkumdur. Onun seçkilərdə iştirak etməkdə ikinci məqsədi isə, Qarabağ erməni klanını yenidən Ermənistanda siyasi səhnəyə qaytarmaqdan ibarətdir. Bu klanın rəhbərlərindən biri kimi ona məlumdur ki, Paşinyan qarşısında maneə hiss etdiyi bu qrupu dağıtmaqla məşğuldur və onların didərgin salınacağı gün uzaq deyil. Məhz Qarabağ klanını hakimiyyətə qaytarmaq iddiası Köçəryanı seçkilərdə iştirak etməyə məcbur edən növbəti səbəbdir. Lakin Rusiya və Qarabağ erməni klanının müxtəlif manipulyasiyalar vasitəsi ilə Köçəryanın reytinqinin yuxarı qaldırılması cəhdləri heç bir fayda verməyəcək. Onun hakimiyyətə yolu çox daralıb və bu seçkilər nəticəsində tamamilə bağlanacaq”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button