Manşet

Paşinyan: “Dünəndən fikirləşirəm: bu adam bu səs yazısını niyə yayıb?”

İyunun 10-da Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Lori vilayətinin Spitak şəhərində keçirdiyi seçki kampaniyası tədbirində keçmiş prezident Serj Sarksiyanın ona aid edilən səs yazısını açıqlamasının məqsədini anlamadığını deyib.

Paşinyana aid olduğu iddia olunan bu audiodakı səs 2018-ci il mayın 12-də Soçidə Rusiya, Qazaxıstan və Belarus başçıları ilə Qarabağı müzakirə etməsindən danışır.

Serj Sarkisyan bu audionu açıqlamaqla Nikol Paşinyanın ifşa olunduğunu bildirib. Onun sözlərinə görə Paşinyan Qarabağ danışıqlarını dalana salıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bununla belə, Paşinyan bu səs yazısının onu gözdən saldığını düşünmür.

Əksinə o hesab edir ki, audionun ictimailəşdirilməsi onun xeyrinə olub.

 “Əliyevlə beynəlxalq vasitəçilərin mövqeləri üst-üstə düşürdü”

Paşinyanın sözlərinə görə, bu hadisə ona Qarabağ mövzusunda açıq və sonadək fikir bildirmək imkanı verir:

“Dünəndən bəri fikirləşirəm, həmkarlarımla müzakirə edirəm, onlardan rəylərini soruşuram: bu adam bu audioyazını hansı məqsədlə ictimailəşdirib? Nəyə görə?”

Bundan sonra Paşinyan əvvəllər olduğu kimi deyib ki, Qarabağ problemi ona “dalana düşmüş vəziyyətdə, yanlış vəziyyətdə” miras qalıb.

Baş nazir əvəzi bir neçə dəfə deyib ki, beynəlxalq vasitəçilərlə Azərbaycan prezidentinin mövqeləri üst-üstə düşürdü.

Onun fikrincə, ATƏT vasitəçiləri tənzimləmə üzrə danışıqları aparmalıydılar, amma mahiyyətcə Azərbaycanın bu danışıqlar prosesinə yanaşmalarını formalaşdırırdılar.

 “Azərbaycan üçün əlverişli şərait 2016-cı ildən yaranmışdı”

Paşinyan vurğulayıb ki, “Azərbaycan üçün əlverişli şərait” artıq 2016-cı ilin yanvarında yaranmışdı. Çünki o vaxt “ATƏT vasitəçiləri Ermənistanın qarşısında Dağlıq Qarabağın müvəqqəti statusundan imtina etmək” şərti qoymuşdular:

“Bizim uzun illər ümid etdiyimiz beynəlxalq birlik, mahiyyətcə, bizim qarşımıza ərazilərin əvəzsiz olaraq qaytarılması vəzifəsini qoymuşdu”.

Paşinyan səs yazısında da söhbəti gedən “Lavrov planı” barədə məlumat verib. O deyib ki, bu plana görə 5+2 formulu ilə Qarabağa bitişik 5 rayon, daha sonra isə 2 rayon Azərbaycana qaytarılmalı idi.

Baş nazir əvəzinin qənaətinə görə, bu faktiki olaraq əvəzində heç nə almadan ərazilərin təhvil verilməsi demək idi.

O deyib ki, əvvəllər “ərazi əvəzinə status” formulu olub, sonra “sülh əvəzinə ərazi”, 2016-2018-ci illərdə isə “ərazi əvəzinə heç nə” formulu ortaya çıxıb.

Azatutyunun yazdığına görə Serj Sarkisyanın da daxil olduğu “Xidmətinizdəyəm” blokunda sözü gedən audiyazının Paşinyanın xeyrinə işləməsi barədə söylənən rəylərə təəccüb buildiriblər.

Rəsmi Bakı bildirib ki, sözü gedən əsirləri – hərbi əsir yox, “terrorçu” hesab edir, çünki əslində Ermənistan vətəndaşı olan bu əsgərlər 10 noyabr atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ ərazisində tutulublar.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button