Manşet

Ərdoğanın Baydenlə görüşdə masanın üzərinə qoyduğu əşya gündəm oldu

Brüsseldə NATO zirvəsi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Co Bayden arasında baş tutan görüş zamanı masadakı kitab diqqət çəkib.

“SAVAŞ” xəbər verir ki, Ərdoğanın qarşısındakı kitab 2019-cu ildə Türkiyənin Rabita Nazirliyi tərəfindən nəşr edilib. “Turkey’s Fight Against Terrorism” (Türkiyənin terrorizmə qarşı mübarizəsi) adlı kitab Ankaranın terrorizmə qarşı atdığı addımlardan və əldə etdiyi uğurlardan bəhs edir.

90 səhifəlik kitabda PKK, YPG, İŞİD kimi terror təşkilatların Türkiyəyə qarşı hücumları, Ankaranın hücumlara cavab olaraq ölkə daxilində və xaricdə apardığı əməliyyatların detalları yer alıb.

Məlumata görə, Ərdoğan kitabı Baydenə hədiyyə edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button