Manşet

Navalnı ABŞ-a təhvil verilir? – Peskovdan “Bayden onun adını sözarası çəkib” açıqlaması

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin həbsdə olan müxalifət lideri Aleksey Navalnının ABŞ-dakı məhkumlarla dəyişdirilməsi ehtimalı ilə bağlı sualını cavablandırıb. 

Sfera.az-ın “RİA Novosti”yə istinadla məlumatına görə,  Kremlin sözçüsü Vaşinqton tərəfindən bu cür təkliflərin səsləndirilmədiyini bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasındakı danışıqlarda Navalnının adı sözarası çəkilib.

Rusiya ilə ABŞ arasında məhkum mübadiləsi mövzusundan danışan Peskov qeyd edib ki, bu məsələni ictimailəşdirməyə dəyməz.

Qeyd edək ki, Rusiya və Amerika prezidentləri arasında görüş  iyunun 16-da Cenevrədə “Villa La Grange” də baş tutub. Liderlər üç saat yarım söhbət ediblər.

Selcan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button