Manşet

Azərbaycanlıların Rusiyada qeyri-adi sərgüzəştləri: Bomjların adına kredit götürdülər və…

Azərbaycanlıların Rusiyada qeyri-adi sərgüzəştləri: Bomjların adına kredit götürdülər və...Rusiyanın Kemerovo şəhərində üç nəfər yerli məhkəmə tərəfindən fırıldaqçılıqda müqəssir bilinərək cəzalandırılıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşı və onun iki əlaltısı Kemerovo şəhərindəki üç banka maddi ziyan vurmaqda suçlu bilinirlər.

Kemerovo vilayəti polis idarəsindən verilən məlumata görə, Elşən Mehdiyev, Natalya İbrahimova və Yuliya Syapukovadan ibarət dəstə üzvləri həmin banklardan külli miqdarda kreditlər götürərək mənimsəyiblər. Onlar həmin kreditləri şəhərdəki bomjların və əyyaşların adına rəsmiləşdirməklə alıblar.

O da məlum olub k, dəstə üzvləri 2012-ci ilin sentyabr ayından 2013-cü ilin fevral ayına qədər olan müddətdə bomjların adına 15 dəfə kredit götürüblər. Bütün cinayətlər eyni sxem əsasında törədilib. Fırıldaqçılar asosial həyat tərzi keçirən əyyaş və bomjları axtarıb tapıb, onlara saxta əmək kitabçaları və digər zəruri sənədlər hazırlayıb və banklardan pul çıxarıblar. Götürülən kreditin ən az məbləği 25 min, ən çoxu isə 400 min rubl təşkil edib. Lakin dəstə üzvləri banklara təbii ki, heç bir ödəniş etməyiblər. Banklar adına kredit götürülmüş bomjları tapıb ödəniş tələb edəndə məsələyə hüquq-mühafizə orqanları müdaxilə edib. Araşdırmalardan sonra cinayətin üstü açılıb.

Elşən Mehdiyev, Natalya İbrahimova və Yuliya Syapukovanın cinayəti tam sübuta yetirilsə də onlar həbs edilməyib. Məhkəmə onların hər birinə 4 il şərti cəza kəsməklə kifayətlənib. Amma banklara dəyən maddi zərərin kimlər tərəfindən ödəniləcəyi məsələsi hələ də açıq qalır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button