Manşet

Ermənistanın təqdim etdiyi mina xəritələri saxta çıxıb? – Hərbi ekspertdən son durum açıqlaması

Ermənistan tərəfindən Azərbaycana verilmiş Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Müdafiə Nazirliyi tərəfindən iddia olunan rəqəmlərin dəqiq olmadığı bildirilsə də xəritələrdə yalnışların olması istisna edilməyib.

Maraqlıdır, hərbi əsirlərin qaytarılması müqabilində təqdim edilən yalnış xəritələr xüsusunda Azərbaycan tərəfi hansı addımları ata bilər?

Mövzu ilə bağlı danışan hərbi ekspert İbrahim Cəfərov indiki məqamda hərbi addımların yox, siyasi bəyanatların təsirli olacağını bildirib:

“Mina fəsadlarını biz uzun müddət yaşacağıq. Həmişə dediyim kimi, mina ya zərərsizləşdirilir, ya da zərərsizləşdirir. Bu gün Ermənistan ordusunun idarəetmə sistemində ciddi problemlər var. Buna görə də onlardan düzgün mina xəritəsinin verilməsini gözləmək absurddur. Ağdamın təhrif olunmuş mina xəritəsində də biz bunu görürük. Bu baxımdan Azərbaycan ciddi siyasi bəyanatlarla çıxış etməlidir”.

Ekspert Paşinyanın minalanmış ərazilərin xəritələrinin qaytarılmasında maraqlı olduğunu qeyd edib: “Paşinyan minalanmış xəritələrin geri qaytarılmasında maraqlıdır. Hələ o deputat olarkən bu istiqamətdə çağırış etmişdi. Paşinyan bu gün bəyanatlarla da bildirir ki, türk dövlətləri ilə düşmənçilik apararmaq Ermənistan dövlətçiliyini sual altında qoymaq deməkdir. Hazırda Paşinyanın bu istiqamətdə görəcəyi işlər çoxdur”.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button