Manşet

“Ermənistanın lideri ilə yaxşı münasibət qurmağa məcburam“ – Araik Arutyunyan

Ötən gün Xankəndində mitinq təşkil edən Araik Arutyunyan seçki günü “Müki Müdafiə” Partiyasının qərargahına nə üçün getdiyini açıqlayıb.

“SAVAŞ” xəbər verir ki, qondarma rejimin başçısı Ermənistanın lideri ilə yaxşı münasibət qurmağa məcbur olduğunu vurğulayıb.

“Mən yalnız Dövlət Dumasının qərargahında olmadım, həm də Qagik Tsarukyan, Hrant Baqratyan, Edmond Marukyan, Aram Sarkisyan, Samvel Babayan və başqaları ilə görüşdüm. Siyasi bitərəfliyi qorumuşam və bütün iclasları səsvermədən sonra keçirmişəm, sadəcə jurnalistlərlə Dövlət Dumasının qərargahında qarşılaşdım”,-deyə separatçı qeyd edib.

Arutyunyan bütün erməni siyasi qüvvələrini Ermənistanın gələcəyini müzakirə etmək üçün Qarabağa dəvət edib. O, son zamanlarda Ermənistan və separatçılar arasındakı münasibətlərin spekulyasiyalara səbəb olduğuna dilə gətirib.

“Ermənistanla qarşılıqlı əlaqə olmadan 35 min vətəndaşın sosial problemlərinin həllinin mümkün ola biləcəyini düşünürsünüz? Bu problemə görə Ağdərə və keçmiş Şaumyandakı onminlərlə vətəndaşımızı ölkəmizdə yaşamaqdan məhrum etdik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button