Manşet

Daha hansı rayonlarımızın mina xəritələri veriləcək? – “Yaxın günlərdə Zəngilan və Cəbrayıl…”

“Ara Ayvazyanın ifşası Ermənistanın digər rayonlar üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək. Zəngilan, Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil veriləcək”.

Bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın eks xarici işlər naziri Ara Ayvazyanı minalanmış ərazilərin xəritəsinin olmadığını deməklə onların Azərbaycana verilməsinə mane olması haqda bəyanatına münasibət bildirərkən, politoloq Qabil Hüseynli deyib.

Politoloqun fikrincə, bu açıqlama onu göstərir ki, Paşinyan hökuməti kifayət qədər inamlı hərkət etməkdə davam edir: “Onun fəaliyyətində Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bəlli siyasi iradənin işartıları görünür”.

  1. Hüseynli qeyd edib ki, Ara Ayvazyan mina xəritələrinin verilməsinə mane olmaqla yanaşı beynəlxalq ictimaiyyəti də aldatmağa cəhd göstərib:

“Necə ola bilər ki, böyük bir ərazilərə mina basdırırlar, amma Ayvazyan xarici həmkarları ilə görüşdə həyasızcasına mina xəritələrinin olmadığını bəyan edir? Amerikaya qaçan polkovnikin dediyinə görə, 17 maşından çox  minanı tək Kəlbəcər və Laçına döşəyiblər. Bundan daha çox minanı isə Füzuli, Ağdam, Zəngilan və digər rayonlara basdırıblar. Hərbidə piyadalar və tank əleyhinə basdırılan minalar xəritəyə alınır. Basdırılan yerin kordinatları müəyyənləşdirilir. Bu mənada Ayvazyanın ifşası onun humanist dəyərlərdən xeyli uzaq olduğunu göstərdi. O, tam təsadüf nəticəsində xarici işlər naziri olub. Tədricən həqiqət üzə çıxır. Ağdamla bağlı mina xəritələri üzə çıxdı.  Deməli, digər ərazilərlə bağlı da mina xəritələri var. Bu xəritələr də Azərbaycana verilməlidir”.

Həmsöhbətimiz düşünür ki, Ara Ayvazyanın ifşası Ermənistanın digər rayonlar üzrə mina xəritələrinin də Azərbaycana verməsi prosesini sürətləndirəcək:

“Bildiyimə görə, Zəngilan, Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil veriləcək. Ermənistanda seçki eyforiyası arxada qalıb. Bundan sonra Ermənistan Azərbaycanla daha normal və səmərəli əlaqələr qurmağa çalışacaq”.

Rüfət SULTAN

sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button