Manşet

Rusiya hərbçiləri Azərbaycan-Ermənistan sərhədində – Nə baş verir?

“Erməni mənbələr Azərbaycan-Ermənistan sərhədinin Geğarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi haqda məlumatlar yayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş qərargah rəisi Artak Davtyan bu yöndəki informasiyaları təsdiqləyib. Məlumatda diqqət çəkən məqam Rusiya hərbçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir”.

Bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, qeyd olunanlar proseslərin iki mümkün istiqamətdə inkişaf etdiyi ehtimalını önə çıxarır:

“Birincisi, Azərbaycan hərbçiləri sərhəddə mövcud olduqları mövqelərdən geri çəkilmir və sərhədlərin müəyyənləşməsi SSRİ xəritələrinə uyğun həyata keçirilir. İkincisi, sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud olan “beynəlxalq müşahidəçi” təklifi arxa plana keçib. İkinci məqam həm də Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilənin aktuallığından xəbər verir.

Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsini təklif etmişdi: Bu, Azərbaycan və Ermənistan dövlət sərhədinin bütün istiqamətini yox, Kəlbəcər istiqamətində – Sotkdan (Söyüdlü) Qafanın Xoznavar (Xəzinəvar) kəndinə qədər olan ərazini nəzərdə tuturdu”.

A.Nərimanlı qeyd edb ki, Minsk qrupu həmsədr ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsinin gündəmdən çıxması bir neçə kontekstdə əhəmiyyətlidir:

“İlk növbədə, SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilə imzalanacaq: “beynəlxalq müşahidəçi”lərin gəlişi bu prosesdə əsas əngəl ola bilərdi. Bu müqavilə Azərbaycan və Ermənistanın bir-birinin dövlət sərhədinin tanıması, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir. ABŞ və bütövlükdə Qərb bölgədə Rusiyaya qarşı alternativ kimi Türkiyənin mövcudluğunu qəbul edir və bu, həm sərhəd, həm Qarabağ məsələsində Bakının əlini ikiqat gücləndirir”.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button