Manşet

Vaksinasiya növbəsi uşaqlara çatdı? – “İlkin mərhələdə 15 yaşdan 18 yaşadək…”

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Bildirilib ki, uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır.

Maraqlıdır, Azərbaycanda uşaqların vaksinasiyasına start verilə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov tədricən bu prosesin Azərbaycanda da başlayacağını bildirib:

“Təbii olaraq, ilk növbədə 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi aparılmalıdır. Bu proses tamamlandıqdan sonra uşaqlara da koronavirus əleyhinə peyvənd vurdurmaq olar. ABŞ-da da artıq uşaqların peyvəndlənməsinə start verilib. Yəqin ki, Azərbaycanda da 18 yaşdan yuxarı hər kəs vaksinasiya mərhələsindən keçdikdən sonra növbə uşaqlara çatacaq”.

Ekspert düşünür ki, ilkin mərhələdə 15 yaşdan 18 yaşadək uşaqlar peyvənd olunacaq, daha sonra azyaşlılar: “Peyvəndin məqsədi odur ki, bədəndə immunitet formalaşsın. Düzdür, uşaqlarda immunitet var, lakin onlar yoluxdurucu hesab edilirlər. Bu baxımdan uşaqların da peyvənd olunması daha yaxşıdır. Bəzi peyvəndlərdə xəstəliyə yoluxmamam imkanı 80 faizə qədərdir. Belə peyvəndlərin uşaqlara tətbiqi yoluxma sayını azalda bilər”.

Əzizə Zeynal

Sfera.az

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button