Manşet

Paşinyanın Putinlə məxfi anlaşması – Kremlin müəmmalı susqunluğunun səbəbi bilindi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsini müzakirə etmək üçün Moskvaya nümayəndə heyəti göndərəcək.

Müzakirələrdə Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi və istismarı üçün zəruri olan torpaq sahələrinin, eləcə də daşınmaz əmlakın Kremlə verilməsi ilə bağlı məsələlərə baxılacağı bildirilir.

Maraqlıdır, Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi real görünürmü? Paşinyanın Rusiyadan uzaqlaşmasının ehtimal edildiyi bir zamanda bu nəyə hesablanıb?

Mövzunu şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Rusiyanın Ermənistanda hərbi baza yaratmaq istəyinin yeni olmadığını deyib:

“Nikol Paşinyan seçkiqabağı çətin vəziyyətə düşdüyü üçün Rusiya ilə bu sövdələşməyə gedib. Hətta may ayının ortalarında Paşinyan bəyanat vermişdi ki, Rusiya hərbçilərinin sərhəddə yerləşdirilməsini istəyir. Parlament seçkilərində Rusiyanın Paşinyanın qalib olmasını sakitliklə qarşılaması, Putinin onu təbrik etməsi artıq ikitərəfli razılaşmanın olmasına işarə idi. Sərhədlərin Rusiya tərəfindən qorunması Ermənistanın suverenliyinin olmamasına işarədir. Sərhəddə rus qoşunlarının yerləşdirilməsi azərbaycanlı hərbçilərlə bağlı deyil. Çünki biz heç bir halda onları təhdid etmirik. Biz yalnız Qarbağ istiqamətində təxribatlar olan zaman lazımı addımları ata bilərik”.

Politoloqun sözlərinə görə Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın Rusiya ilə daha da yaxınlaşmasına səbəb olacaq:

“Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Rusiya-Ermənistan hərbi ittifaqının da qüvvətlənməsinə gətirib çıxaracaq. Ən maraqlı hadisələr 4 il sonra baş verəcək ki, biz buna hazırıq. Azərbaycanın boş dayanmadan Pakistan, Türkiyə ilə hərbi texniki əməkdaşlığı gücləndirməsi ona istiqamətlənib ki, lazımı anda cavab verə bilək”.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button