Manşet

Sevgililərin cəsədi Pirşağıda 10 gün asılı qaldı – TƏFƏRRÜATLAR

Sevgililərin cəsədi Pirşağıda 10 gün asılı qaldı – TƏFƏRRÜATLARMəhkəmə-tibbi ekspertlərin qiymətləndirməsinə görə, dünən axşam Sabunçu rayonunun Pirşağa qəsəbəsində yarımçıq tikilidə cəsədləri aşkarlanmış qadın və kişi 10 günə yaxın asılı vəziyyətdə qalıblar. Onlar intihar ediblər.

Bu barədə Vesti.Az-a Sabunçu rayonundan bildiriblər.

Xatırladaq ki, aprelin 24-də Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə iki nəfər asılmış vəziyyətdə tapılıb. Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir. Kişi və qadın eyni vaxtda intihar ediblər.

İlkin məlumatlara görə, Telmanzadə və Əsgərova sevgili olublar. Gənclər ölümdən sonra məktub qoymayıblar. İkili intiharın səbəbləri hələ müəyyənləşdirilməyib. Lakin araşdırma zamanı əməliyyat-istintaq qrupu aydınlaşdırıb ki, Rasim Telmanzadə Abşeron rayonunda yaşayır. Gənc oğlan və elə Əsgərova da subay imiş.

Telmanzadənin polisin məlumat bazası üzrə yoxlanılması isə onun 4 gün əvvəl Abşeron RPİ tərəfindən itkin düşmüş kimi axtarışa verildiiyni göstərib. Ölümün baş vermə vaxtından çıxış edən əməliyyatçılar Telmanzadənin elə evdən getdiyi gün özünü öldürməsi qərarına gəliblər. Bir neçə gündən sonra isə onu axtarışa veriblər.

Ən çox ehtimal olunan versiyaya görə, gənclər qohumlarının onların sevgisinə olan münasibətinə görə intihar ediblər. Mümkündür ki, Rasim Telmanzadənin qohumları qadın və kişi arasında 13 il təşkil edən yaş fərqinə görə bu münasibətlərə qarşı çıxıblar. Gənc insanın evdən gedib özünü öldürməsinə bu faktın səbəb olacağı güman edilir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button