Manşet

İcra başçısı Mərdan Camalovun qohumu Şirvanda adam güllələdi – HADİSƏ GİZLƏDİLİR

İcra başçısı Mərdan Camalovun qohumu Şirvanda adam güllələdi - HADİSƏ GİZLƏDİLİRBir neçə gün öncə Şirvan şəhərindəbaş vermiş olayla bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatda bildirilir ki, üç gün bundan öncə Şirvan şəhərində avtovağzalın yanında yerləşən \”Naves\” restoranında Rəsul adlı şəxs odlu silahla vurulub.

Güllələnmə olayının gizlədilməsinin səbəbi isə hadisəni törədən şəxsin yüksək çinli şəxslərlə qohum oolmasıdır. Belə ki, Şirvan şəhərindən olan mənbənin bildirdiyinə görə Rəsul Azər Pirverdi oğlu Məmmədov tərəfindən güllələnib. Mənbəmiz həmin şəxs haqqında da ətraflı məlumat verib: Rayonda Hacı Azər kimi tanınan Azər Məmmədov icra Başçısı Mərdan Camalovun doğmaca dayısıoğludur. O əvvəllər Şirvan şəhər polisində rəis müavini və cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışmışdır.

Sonradan özbaşına əməllərinə görə Daxili İşlər Naziri Ramil Usubov tərəfindən polis orqanlarından töhmət alaraq kənarlaşdırılmışdır. İndi də Şirvan şəhərində ən bahalı “Mercedes” markalı avtomobillə dolaşır. Hətta maşınında “vinçestr” markalı silahla gəzir. Rəsul adlı şəxs də “Vinçestr” silahla ayağından vurulu. Lakin bu məsələdən xəbər tutan icra başçısı Mərdan Camalov prokuroru və polis rəisini, baş həkimi yanına çağıraraq bildirib ki, hadisəni ört-basdır etmək lazımdır. Televiziyaların Şirvanda yerləşən bölgə müxbirlərinə pul verərək, məsələni ictimailəşdirməmələri bildirilib. Rəsul xəstəxanaya yerləşdirilməsinə baxmayaraq qeydiyyata alınmayıb.

Bir sözlə, icra başçısı dayısı oğlunun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını almaq və hadisəni örtbasdır etmək üçün bütün profilaktik tədbirləri görüb.Mövzunu diqqətdə saxlayacağıq

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button