Manşet

İlhamə Quliyeva Nazpərinin məşuqunun adını açıqladı

İlhamə Quliyeva Nazpərinin məşuqunun adını açıqladı“Bu adam haqqında prezidentə izahat verəcəyəm”.

Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.

Savash.org xəbər verir ki, bunu Ölkə.Az-a müsahibəsində “Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?” sualını cavablandıran Azərbaycanın xalq artisti İlhamə Quliyeva bildirib.

İ.Quliyevanın sözlərinə görə, Nazpəriyə bir qəpik də bağışlamaz.

“Bir adamın canını almaq istəyirsənsə, onun əlindən pulunu al. O bir parça dilini rahat qoysaydı, bu məsələlər də ortaya çıxmazdı. Nə onu, nə Floranı bağışlamıram.
Günahları var, cərimələri var, qəpiyinədək alacağam.

Nazpəri mənə bütün məhkəmə instansiyalarını uduzub. Bu adam Ali Məhkəmənin qərarını saymır. O nə karədir ki, Azərbaycanda yaşaya-yaşaya dövlətin qanunlarını saymır? Məgər bu ölkədə dərəbəylikdir? Necə olur ki, Novxanıda üç mərtəbəli bağ tikdirə bilir?

Pulu yoxdursa, necə tikdirir? Hansı məşuqu o bağı tikdirirsə, cəriməni də o ödəsin. Qurtardı!”

İ.Quliyeva bildirib ki, onunla N.Dostəliyeva arasında heç bir barışıq ola bilməz:

“Bu qədər söz-söhbətdənsə, alçalmaqdansa, gətirib pulu ödəsin. Məşuqu Sakit adlı adamdır. Əgər məşuqu o pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm. İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm.

Bu il deputatlığa namizədliyini verib-verməyəcəyi barədə sualı cavablandıran İ.Quliyeva qeyd edib ki, belə bir fikri yoxdur:

“Heç vaxt. Onsuz da millətin nümayəndəsiyəm, bəzi millət vəkilləri mənim gördüyüm işləri görə bilmirlər. Mən onsuz da millət vəkili səviyyəsində olan insanam. Öz layihələrim var. 4-5 il əvvəl cənab prezident mənə demişdi ki, sənədlərini hazırla, millət vəkilliyinə namizədliyini ver. Dedim çox sağ olun böyük insan, sizə çox minnətdaram.

Bir dəfə namizədliyimi verdim, keçdim də, mənə qurğu qurdular da, cəzasını çəkdilər də. Adam bir dəfə palçığa batar. Mən xalqımın millət vəkiliyəm. Birinci dəfə millət vəkili seçildim və onun mandatı indiyədək mənim evimdədir”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button