Manşet

Polis nənənin adına kredit götürüb qaçan cəlilabadlını axtarır

Polis nənənin adına kredit götürüb qaçan cəlilabadlını axtarırCəlilabad rayonunda 65 yaşlı Tamara Xəlilovanı aldadaraq adına kredit götürmüş Mahir Kərimov yoxa çıxıb.

T. Xəlilovanı aldadan oğlunun bacanağıdır.

Bir neçə ay əvvəl M. Kərimov onların evinə gələrək yaşlı qadından kredit götürməkdə ona zamin durmağı xahiş edib. Bundan ötrü isə Mahir yaşlı qadının 130 manat məbləğində pensiya aldığını əsas gətirib. Hadisədən 2 ay keçdikdən sonra bankdan Tamara Xəlilovanın adına xəbərdarlıq məktubu gəlib. Məktubda qeyd olunub ki, 2100 ABŞ dolları miqdarında götürülən kredit Tamara Xəlilovanın adına sənədləşdirilib. Törətdiyi dələduzluq əməlindən sonra M. Kərimov yaşadığı kəndi tərk edib.

Hazırda Cəlilabad polisi onun məsuliyyətə cəlb olunması istiqamətində axtarışlar aparır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button