Manşet

“Paşinyanı Putinlə çox uzun və ağır söhbət gözləyir” – Nələrdən danışılacaq?

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Moskvaya işgüzar səfər edəcək.

Rəsmi məlumatlara görə, tərəflər Ermənistanla Rusiya arasında strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək. Görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların maddələrinin yerinə yetirilməsi, Qarabağda yaşayan ermənilərə humanitar yardımıın çatdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması məsələlərinin də müzakirə edəcəyi gözlənilir.

Politoloq Əlimusa İbrahimov deyib ki,  Paşinyan indi ciddi cəhdlə yeni hökumətin qurulması ilə məşğuldur və üçtərəfli bəyanatlardan irəli gələn məsələlərin həyata keçirilməsini müzakirə etməyin zamanı hələ çatmayıb:

“Hökumət tam fəaliyyətə başladıqdan və Paşinyan yenidən Baş Nazir kimi təsdiq olunandan sonra bu məsələlər istənilən halda müzakirə olunacaq və ciddi qarşıdurma yaradan problemlərin aradan qaldırılmasına səy göstəriləcək. Deməli, Ermənistan nümayəndəsinin bu səfəri Paşinyanın deyil, Rusiya Prezidenti Vladimir  Putinin təşəbbüsü ilə ortaya çıxıb. Görüşdə rəsmi məlumatlarda vurğulandığı kimi üçtərəfli bəyanatlardan irəli gələn məsələlər həyata keçirilməsi deyil, Ermənistanda yeni hökumətin qurulması ilə bağlı məsələlər müzakirə olunacaq.

Rusiya öz tərəfdarlarının Ermənistanda qurulacaq yeni hökumətdə görmək üçün fəaliyyətə başlayıb. Tərəfdarlarının isə eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın olması hamıya məlumdur. Rusiya yenidən Qarabağ erməni klanından olan müttəfiqlərinin yardımına tələsir”.

Müsahibimizin sözlərinə görə, indiki şəraitdə Köçəryan və Sarqsyanın siyasi səhnədən uzaqlaşdırılması və bununla da  Ermənistanın bütünlüklə Sorosçuların ixtiyarına verilməsi perspektivi Rusiyanı qane etmir: “Məhz buna görə də Paşinyan tələsik Moskvaya çağırılıb. Orada isə Baş Nazir səlahiyyətlərinin icraçısını Putinlə çox ağır və uzun bir söhbət gözləyir. Məgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Katibi Stanislav Zasın bu günlərdəki məlum bəyanatı Rusiyanın Ermənistana təsir mexanizminin artıq hərəkətə gətirildiyindən xəbər vermirmi?”.

Xatırladaq ki, ötən günlərdə KTMT-nin Baş katibi Stanislav Zas bəyan edib ki, Ermənistanın cənub sərhədlərində Azərbaycanın öz sərhədlərini müəyyən etməsi ilə bağlı baş verənlər “sərhəd insidentidir” və blokun nizamnaməsinin kollektiv müdafiə haqda bəndinin təsiri altına düşmür.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button