Manşet

“Şeyx nə edibsə, düz edib…” – Qudası Şuşa məscidindəki olaydan danışdı, haqq qazandırdı

Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, məsciddə Sübh namazı qılıb, dualar ediblər.

Cümə namazına İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın rəhbərlik etməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə bu məsələ ciddi şəkildə qınanılıb və baş verənlərə görə açıqlama tələb olunub.

Mövzu ilə bağlı şeyxin qudası Hacı Qalib Salahzadə açıqlama verib. O bildirib ki, şikayətlər varsa, o istiqamətdə birbaşa Ocaqnejada və Şeyxə müraciət etmək lazımdır:

“Mən orada olmamışam. Həmin gün nəyin baş verdiyini, necə olduğunu haradan bilim? Bu barədə nəsə deyə bilmərəm. Bir vətəndaş kimi düşünürəm ki, şeyx nə edibsə, necə edibsə, düz edir. Bəzi adamlar əleyhinə danışa bilər. O da insandır. Yəqin elə məsləhət bilib, elə də edib. Yaxud, ola bilər ki, ayağı xəstədi, ya da başqa səbəbi olub”.

İnci

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button