Manşet

“Karantin tədbirlərinə hazır olmalıyıq” – Adil Qeybulladan yeni qapanma anonsu

Dünyada ardıcıl 4 həftədir ki, COVİD-19-a yoluxma artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Eyni hal Azərbaycanda da müşahidə edilir. Son günlərin statistikasına nəzər saldıqda, əvvəlki həftələrlə müqayisədə yoluxmaların sayında artım olduğu görülür.

Bu baxımdan hazırda ictimaiyyətdə yenidən qapanmalara gedilməsi ilə bağlı söz-söhbətlər dolaşır. Maraqlıdır, Azərbaycanda karantin rejiminin sərtləşməsinə ehtiyac varmı?

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla açıqlamasında deyib ki, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılıdır:

“Azərbaycanı əhatə edən ölkələrdə – Rusiya, Gürcüstan, Türkiyədə “Delta” ştammı aşkar edilib. Məsələn, Rusiyada situasiya artıq xeyli ciddiləşib. Hesab edirəm ki, Azərbaycan da bu nəzərə alınmalı və müəyyən karantin tədbirlərinə hazır olunmalıdır”.

Müsahibimizin sözlərinə görə, hazırda əhali sanki karantin müddətinin bitdiyini düşünür: “Çünki restoranlarda , şadlıq evlərində, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu yolverilməzdir. Biz pandemiyanın davam etdiyini nəzərə almalıyıq. Bununla da daha sonra yaranacaq problemlərin qarşısı alınmalıdır”.

Günay Rəsulqızı

 

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button