Manşet

Xərçəng olduğunu öyrənən nişanlı qız özünü Kürə atıb öldürdü

Xərçəng olduğunu öyrənən nişanlı qız özünü Kürə atıb öldürdüBu gün səhər saat 09 radələrində Şirvan şəhərində gənc qızın Kürdə batması ilə əlaqədar məlumat gəlib.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Məlumat gələn kimi hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, ölən qız Bayramlı qəsəbəsinin Hüseyn Cavid küçəsində yaşayan 1996-cı il təvəllüdlü Elnarə Rahib qızı Rüstəmovadır.

Onun özünü evlərinin yaxınlığından keçən Kür çayına atdığı bildirilir. Bu barədə səhərə yaxın onun qohumları xəbər tutublar. Qızın evdə olmadığını görən yaxınları sonradan onun intihar etdiyini biliblər.
Qeyd edək ki, Elnarə Rüstəmova öz qohumu ilə nişanlı olub. Deyilənlərə görə, sonradan qızın sağalmaz xəstəliyə düçar olduğu məlum olub. O, xərçəng xəstəsi olub.
Faktla bağlı araşdırmalar aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button