Manşet

Flora Kərimova vəsiyyətini açıqladı: \”Səssizcə basdırarsınız və…\”

Flora Kərimova vəsiyyətini açıqladı: "Səssizcə basdırarsınız və..."Xalq artisti Flora Kərimova vəsiyyət etdi. Müğənni ANS də yayımlanan \”A-dan Z-yə\” verilişində xalq artisti Ramiz Əzizbəylinin səhhəti barədə süjetdən təsirlənib və vəsiyyətini açıqlayıb.

\”Mən övladlarıma da demişəm, mən dünyadan köçəndə heç kimə deməsinlər. Məni səssiz-səmirsiz basdırın. Bir də demişəm ki, başdaşımın üstünə adımı yazmayın. Axı nə vaxtsa başdaşımın üstünü toz alacaq və o ad da görünməyəcək.

Bu cür sənətkarların səhhətinin pisləşməsini, dünyadan getməsini görüb düşünürəm, bu sənət kimlərə qalacaq, görəsən? Ramizi o cür gördüm və çox pis oldum. Allah ona şəfa versin!\”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button