Manşet

“Bacımın balaca qızını söyəndə dözə bilmədim, boğazından bıçaqladım”

“Bacımın balaca qızını söyəndə dözə bilmədim, boğazından bıçaqladım”400 manatın mübahisəsindən yaranan amansız qətl

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə qətl törətməkdə təqsirli bilinən 21 yaşlı Yarəli Dadaşovun cinayət işi üzrə proses keçirilib. Prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib. Təqirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra təqsirləndirilən Yarəli Dadaşov sərbəst ifadə verib. O, bildirib ki, bir neçə ildir pul qazanmaq məqsədilə “wapmaster” kimi mobil internet saytlarının düzəldilməsi ilə məşğul olur. Dadaşovun sözlərinə görə, 2012-ci ildə Röyal Nəcəfovla tanışlığı da sayt işi ilə bağlı olub və sonradan dostluğa çevrilib. “2013-cü ilin fevral ayında Röyal mənə zəng edib, “eleme.az” saytını satdığını, həmin saytda gündəlik 300-400 nəfərin qeydiyyatdan keçdiyini dedi. Həmin saytı 400 manata almağa razılaşsam da, şərt qoydum ki, 4-5 gün işlədib baxacam, yaxşı olsa pulunu verəcəm.

Həmin saytı server kimi 4 gün işlətdikdən sonra gördüm ki, sayta qeydiyyatdan keçənlərin sayı gündəlik 50-60 nəfərə düşür. Maraqlandım gördüm ki, Röyal bu saytı mənə satmamışdan əvvəl pornoqrafik saytlara reklam qoyubmuş. Elə ona görə də, oradan link kimi gəlib, saytdan qeydiyyatdan keçirmişlər. Bu səbəbdən Röyala zəng edib, saytı qaytarmaq istədiyini dedim. O, Gəncədə olduğunu, 3-4 günə gələcəyini dedi. 15-20 gün sonra avtovağzalda görüşdük və Röyal məndən 400 manatı tələb etdi. Mən isə ona əvvəlcədən şərt kəsdiyimizi və qaytarmaq üçün vaxtında söz dediyimi bildirdim. Elə orda serverin parollarını Röyala verdim. Təxminən 1 il ərzində Röyalla görüşəndə həmişə məndən pul tələb etsə də, aramızda danışıq olduğunu və pulu verməyəcəyimi dedim. Hadisə baş verən gün – oktyabrın 23-də Röyal mənə zəng elədi və həmişəkindən fərqli olaraq kobud danışıqla pulu istədi. Mən isə görüşəndə söhbət edərik dedim.

Həmin vaxt yanımda olan dostum Asim Bünyadzadə mənə dedi ki, gəl gedək, söhbət edək, birdəfəlik bu mövzunun axırına çıxaq. Mən də Röyala zəng etdim, 15-20 dəqiqədən sonra görüşdük. Həmişə görüşəndə öpüşüb-görüşürdük, bu dəfə soyuq görüşdü. Mən onu çayxanaya, ya da həyətimizə dəvət etsəm də, razılaşmayaraq, dedi ki, dostum bizi o yanda gözləyir. Dostunun kimliyini soruşanda, “gələndə görərsən” deyərək qəribə cavab verdi. Yolda Röyalın cibində bıçaq görəndə başa düşdüm ki, normal söhbətə getmirik. Asimin qulağına pıçıldadım ki, evin qabağından keçəndə qorunmaq üçün bıçaq götür. O da götürdü. Hadisə yerinə çatanda Röyal kiməsə zəng edərək, “əlidolu gəlin, bunlar da əlidoludu” dedi. Mən isə Röyala dedim ki, bu kimdir? Yenə mənə acıqlı-acıqlı “görəcəksən” dedi və ağır söyüşlərə keçdi. Asim söhbəti yumşaltmağa çalışanda onun da ana-bacısını söydü. Asim bıçaqla Röyalı vurdu. Mən tez onları ayırdım. Röyalı ağzından bərk yapışdım ki, səsini çıxarmasın. O, davamlı məni və Asimi söyürdü. Çəpərin dibində ona başımla bir-iki zərbə vurdum. Gördüm ki, yenə susmur. Asim Röyalın bıçağı ilə ona bir-iki zərbə vurdu. Röyal yenə də söyürdü. Səbrim çatmadı.

Kürəyindən 3-4 bıçaq zərbəsi vurdum. Həmin vaxt özümdə deyildim. Bıçaqla ayağının bud nahiyyəsindən dayanmadan 5-6 zərbə vurdum. Asim o biri bıçaqla vururdu. Ona vurduğum zərbələrin heç biri ölümcül deyildi. Sonda, bacımın balaca qızını söyəndə dözə bilmədim, boğazından bıçaqladım. Artıq ölmüşdü. Telefonu yerə düşmüşdü. Asimə iki telefonunu, pul qabını verdim ki, ala apar bunu gölə at. Beynim dumanlı idi. Asimlə “Elbrus“ marketinin yanına qədər gəldik. Yolda fikirləşdik ki, gedək Röyalın meyitini də gölə ataq. Qayıdıb sürüyə-sürəyə gətirdik. Gölün ətrafı bataqlıq olduğundan apara bilməyəcəyimizi başa düşdük. Hadisə yerindən çıxdıq və mağazadan 2 qutu siqaret alaraq Ramanaya gəldik. Asim pivə içdi, mən çay. Qərar verdik ki, gedək polisə təslim olaq. Maştağaya gəldik. Saat 5-6 arası olardı. Növbətçiyə qətl törətdiyimizi bildirdik. Hadisə belə olub. İttihamda mənə oğurluq, mənimsəmə kimi maddələr qoyub. Mən adam öldürməkdə iştirak etmişəm. Nə onun telefonunu, nədə pulunu götürməmişəm”.

Bundan sonra Yarəli Dadaşov hakimlərin və dövlət ittihamçısının suallarını cavablandırıb. Dövlət ittihamçısı vəsatət qaldıraraq, Yarəli Dadaşovun ibtidai istintaqa verdiyi ifadəni məhkəmədə səslənməsini istəyib: “ Orda bəzi qaranlıq məqamlar var. Yarəli Dadaşov bəzi məqamlarda ziddiyyətli ifadələr verib”.

Məhkəmə prokurorun vəsatətini təmin edərək, Yarəli Dadaşovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.
O, istintaq ifadəsində qətli törətdikdən sonra Ramana qəsəbəsindəki “Xram” kafesinə getdiklərini, Röyalın pulqabısından götürdükləri 21 manata pivə, cipsi aldıqlarını göstərib.

Qeyd edək ki, digər təqsirləndirilən Asim Bünyadzadə artıq dünyasını dəyişdiyi üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. A. Bünyadzadə də dostu Yarəli Dadaşovun ifadəsinə oxşar məzmunlu ifadə verib.
Məhkəmə prosesi mayın 18-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il oktyabr ayında gecə saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Savalan yeni yaşayış massivində yaşayan 18 yaşlı Asim Bünyazadə və dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışı Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button