Manşet

Eldəniz Səlimov Milli Məclisin iclası qurtaran kimi həbs olunacaq – ŞOK İDDİA

Avqustun 3-də keçiriləcək Milli Məclisin növbədənkənar sessiyasında polisi döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verəcək.

“SAVAŞ” xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək.

Qeyd edək ki, bu gün Milli Məclisin İntizam komissiyasında Eldəniz Səlimovla bağlı məsələ müzakirə edilib. Müzakirədən sonra komissiya onun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Xatırladaq ki, Eldəniz Səlimov artıq Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button