Manşet

“Sizi işə götürüblər, nə zaman istəsələr…” – Natiq Cəfərlidən deputatlara SƏRT SÖZLƏR

REAL partiyasının icraçı katibi Natiq Cəfərli referenduma qarşı çıxan deputatları tənqid edib.

“SAVAŞ”-ın məlumatına görə, Cəfərli xatırladıb ki,  Milli Məclisin 50-yə yaxın deputatı drijor çubuğu ilə idarə olunan formada eyni anda, eyni məzmunlu fikirlər səsləndiriblər və onlar Konstitusiya dəyişikliyinə, erkən seçkilərə qarşı çıxıblar.

Partiya üzvü millət vəkillərinin bu cür fikirləri səsləndirə biləcəklərini desə də, bu istiqamətdə mövcud bir sıra amilləri doğru hesab etməyib:

“Sistem dəyişikliyi, Konstitusiya islahatları, növbədənkənar seçkilər, proporsional seçki sistemi istəyənləri təxribatçı, “xarici qara qüvvələrə” işləyən, pozucu fəaliyyətlə məşğul olan kimi təqdim etmələri lap absurddur. Bu təyinolunmuşlar anlamırlar ki, siyasi diskursda Konstitusiya dəyişikliklərini təklif etmək, erkən seçki tələb etmək normal bir məsələdir. Bunun harası təxribat oldu?!  Bəs yaxşı, sabah erkən seçki təyin etmək kimi müstəsna səlahiyyəti olan prezident belə bir addım atsa, ona qarşımı çıxacaqlar?!”.

N.Cəfərlinin fikrincə, son günlər açıqlama verən deputatların çoxu elə dillərinin badına gedib mandatlarını itirməli olacaqlar: “Sizə deyən var, danışın?! Sizi işə götürüblər, nə zaman istəsələr də işdən azad edəcəklər”.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button