Manşet

Hande Hırmancıdan qapanma anonsu: “Bu iş bitmədi”

“Koronavirus pandemiyası ortaya çıxdığında Azərbaycan çox sürətli bir şəkildə tədbir görməyə başladı. Öncəliklə sərhədlərdə tədbir həyata keçirildi, sonra xəstəxanalardakı infrastrukturun gücləndirilməsinə başlanıldı. Bununla yanaşı, çoxsaylı ləvazimatlar, mexaniki ventilyatorlar, oksigen konsentratorları alındı. Əhalinin maarifləndirilməsi, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətdə işlər görüldü. Bu zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq əlimizdən gəldiyi qədər hökumətə dəstək verməyə çalışdıq”.

“SAVAŞ” xəbər verir ki, bunu bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O, son zamanlar dünyada artan yoluxma hallarından da bəhs edərək deyib: “Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır.

Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir.

Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir.

Lakin təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur. Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır.

Pandemiya dövründə Azərbaycanın nailiyyətlərindən biri də burada çox yaxşı laboratoriyaların qurulmasıdır. Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun “delta” variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi.

Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button