Manşet

“Yerdə həyat məhv olacaq, Marsdakı kimi…” – 50 dərəcə istilik nə vəd edir?

“Bəşəriyyət üçün təhlükəli həddə çatdıqda təkcə buzlaqlar əriməyəcək. Canlı orqanizmlər bütünlüklə və avtomatik şəkildə məhv olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya  Xidmətinin rəis müavini Rafiq Verdiyevin 30-40 ildən sonra havanın temperaturunun 48-50 dərəcəyə qədər yüksələcəyi haqda iddiasına münasibət bildirərkən, AMEA-nın Coğrafiya institutunun əməkdaşı Ənvər Əliyev deyib:

“Yaşadığımız Yer də Mars planetinin taleyini yaşayacaq. Vaxtilə Marsda da yaşayış olduğunu düşünürəm. Ancaq sonradan günəş temperaturunun düşməsilə bu planet məhv olub. Belə vəziyyətdə atmosfer parçalanacaq, su kütləsi buxarlanacaq. Dünyanı yanğınlar bürüyəcək. 50 dərəcə temperaturda insan da yaşaya bilməyəcək. Bu isə planetimizin sonu olacaq”.

Həmsöhbətimizə görə, 50 dərəcə temperaturun olması ümumdünya fəlakəti, dünyanın sonu deməkdir:

“Temperaturun bir neçə dərəcə qalxması nəticəsində planetimizdə buz qatı olmayacaq, büsbütün əriyəcək. Belə vəziyyətdə dünya okeanı azı 15-20 metrə qədər qalxacaq. Ümumiyyətlə, okean suları 7 metrə qədər qalxsa, Xəzər dənizi də 35 metrəyə qədər yüksələcək. Çünki bu halda Rusiyanın cənubundakı çökəklik suları Xəzərə dolacaq. Dünyada isə dəniz səviyyəsindən aşağıda yerləşən bir çox ölkələr, şəhərlər su ilə örtüləcək. Nəticədə tepmeraturun 50 dərəcəyə yüksəlməsi ümumdünya fəlakətinə gətirib çıxaracaq”.

Rüfət SULTAN

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button