Manşet

“Tehran əlimizdəki bu imkanı unutmamalıdır” – İran notaya cavab verəcəkmi?

“Qarşı tərəf notanı qəbul etmirsə, orada göstərilən məqamların olmadığını əsaslandırmalıdır. Tehran notaya cavab verməsə, deməli notada qeyd edilənlər həqiqətdir”.

Bu sözləri Azərbaycan XİN-in İrana ünvanladığı notaya və Müdafiə Nazirliyinin Rusiyaya etdiyi xəbərdarlığa münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib:

Politoloqun fikrincə, baş verənlər onu göstərir ki, İrandan yük maşınlarının Qarabağa gəlmələri barədə Azərbaycanın əlində ciddi sübutlara söykənən kəşfiyyat məlumatları var:

“Azərbaycanın əlində bu prosesin qarşısını almaq üçün geniş diplomatik və digər təzyiq imkanları var. Azərbaycan 20 il bundan qabaqkı ölkə deyil. İndi onunla hesablaşırlar. Azərbaycanın İran səfirliyinə sübutlar əsasında təqdim etdiyi kəşfiyyat məlumatlarının mətbuata çıxarılmasının cənubda yaşayan 40 milyonluq soydaşlarımız tərəfindən necə qarşılanacağını Tehran da çox yaxşı bilir. Tehran bu istiqamətdə atacağımız sözügedən adekvat addımın İranda necə rezonans doğuracağını unutmamalıdır”.

Həmsöhbətimiz Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıqla bağlı Moskvaya etdiyi xəbərdarlığa da münasibət bildirərək qeyd edib ki, bu şimal ölkəsinə verilən ciddi mesajdır:

“Xərəbdarlığa məhəl qoyulmadığı halda, İran məsələsində olduğu kimi, burada da Bakının Rusiyaya münasibətdə ata biləcəyi adekvat addımlar var. Son zamanlar Moskva – İrəvan yaxınlaşması baş verir. Bu yaxınlaşma fonunda Azərbaycan adekvat addım olaraq Türkiyə və Pakistanla daha fərqli müstəvidə əməkdaşlığa qərar verə bilər”.

Rüfət SULTAN

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button