Manşet

İlham Əliyevlə Paşinyan Tiflisdə görüşə bilər – “Yoxsa, “ayı” bizi parçalayacaq”

“Nikol Paşinyanla prezident İlham Əliyev Tiflisdə görüşə bilərlər”.

Bu sözləri REAL partiyasının icra katibi Natiq Cəfərli deyib. Ekspert görüşün bir neçə saat davam edə biləcəyini deyib:

“Paşinyan bəyan edib ki, İlham Əliyevlə görüşməyə və bir çox məsələləri müzakirə etməyə hazırdır – məncə, bu bəyanat dəyərləndirilməli, Rusiyanın, ATƏT-in iştirakı, müdaxiləsi olmadan belə bir görüş mütləq keçirilməlidir. Görüş Tiflisdə ola bilər, otursunlar, kənar müdaxilələr olmadan bir neçə saat danışsınlar.

Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar başlamalıdır, bunun pozitiv nəticələri ola bilər. Çünki, ağlı başında olan hər kəsə aydındır ki, kənardan dialoq təklif edən hər bir güc mərkəzinin öz marağı, öz gündəmi olur və çalışlrlar ki, müzakirələr onların çərçivəsindən kənara çıxmasın, ona görə də, birbaşa təmaslar daha effektiv ola bilər”.

N.Cəfərli sülh müqaviləsinin hər iki tərəfin Rusiyadan qurtarması ilə nəticələnəcəyini vurğulayıb:

“Belə danışıqlar bölgədə böyük müharibələrin, fəlakətlərin qarşısını ala, hər iki ölkəni Kremlin əlində alət olmaqdan qurtara bilər – Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gələ bilər, ayrı-ayrılıqda “ayı” hamımızı  parçalayacaq, necə ki, bunu 300 ildir bölgəmizdə uğurla edir…”.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button