Manşet
Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı, səkkiz ölü

Türkiyənin Kahramanmaraş vilayətində yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
“SAVAŞ” xəbər verir ki, təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü olub.
Rusiya Müdafiə Nazirliyi isə təyyarədə olan 5 rus ve 3 türk ekipaj üzvünün öldüyünü açıqlayıb.
Bildirilib ki, vilayətin On iki fevral rayonunun Ilıca məhəlləsinə ildırım düşüb və nəticədə meşəlik ərazidə yanğın başlayıb.
Əraziyə cəlb olunan yanğınsöndürmə təyyarəsi hələlik bilinməyən səbəbdən qəzaya uğrayıb.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.