Manşet

“Taliban” lideri Prezident Sarayına girdi – Avropalı səfirlər sığınacaqlarda gizlənib

Radikal “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti götürməsi təsdiqlənib.

“SAVAŞ” xəbər verir ki, artıq “Taliban”ın lideri Molla Abdulqəni Baradar Kabildəki Prezident sarayına daxil olub.

Əfqanıstan prezidenti Əşrəf Qani isə ABŞ və NATO nümayəndələri ilə məsləhətləşmələr apardıqdan sonra hakimiyyəti “Taliban”a təslim etmək qərarına gəlib. Bu gün Qaninin prezident postundan istefa verəcəyi gözlənilir.

Tərəflər arasındakı razılaşmaya görə, “Taliban” əvvəlki rəhbərliyin nümayəndələrindən qisas almayacaq. “Al Arabiya” telekanalı məlumat yayıb ki, Əfqanıstanda hakimiyyətin ötürülməsi bu gün Kabildəki prezident sarayında baş tutacaq.

Eyni zamanda bildirilir ki, Əfqanıstanın keçid hökumətinə Əhməd Cəlali rəhbərlik edəcək.

Kabildə qalan Avropa Birliyinin diplomatlarının isə gizli sığınacaqlara köçürüldüyü bildirilir.

Orxan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button