Manşet

Baydenin Əfqanıstanla bağlı çıxışının tam mətni: “Seçim qarşısında idim…”

“SAVAŞ” ABŞ prezidentini  Co Bayden ölkəsinin Əfqanıstanı tərk etməsi barədə bəyanatının tam mətninin tərcüməsini təqdim edir:

Son bir neçə gün ərzində mən Milli Təhlükəsizlik komandamla sıx əlaqədə olmuşam, onlara Əfqanıstanda hərbi missiyamız başa çatdıqdan sonra maraqlarımızı və dəyərlərimizi necə müdafiə etmək barədə göstərişlər vermişəm.

Birincisi, diplomatik, hərbi və kəşfiyyat qruplarımızın tövsiyələrinə əsaslanaraq, mən ABŞ və digər müttəfiqlərin heyətinin sayının nizamlı və təhlükəsiz şəkildə azaldılmasını, həmçinin missiyamız zamanı qoşunlarımıza kömək edən əfqanların, eləcə də taliblərin hücumu nəticəsində xüsusi riskə məruz qalanların təhlükəsiz şəkildə evakuasiyasını təmin etmək üçün ABŞ-ın təxminən 5000 hərbçisinin orada yerləşdirilməsinə icazə vermişəm.

İkincisi, mən Silahlı Qüvvələrimizə və kəşfiyyat qurumumuza əmr etmişəm ki, Əfqanıstanın gələcək terror təhdidlərinə qarşı mübarizə aparmaq üçün imkanlarımızı və sayıqlığımızı qoruyub saxlayaq.

Üçüncüsü, mən dövlət katibinə Qaninin və Əfqanıstanın digər liderlərinin qan tökülməsinin qarşısını almaq və siyasi nizamasalmaya nail olmaq cəhdlərini dəstəkləmək üçün tapşırıq vermişəm. Katib Blinken həmçinin bu işdə maraqlı olan əsas regional tərəfləri də bu işə cəlb edəcək.

Dördüncüsü, biz Dohada “Taliban” hərəkatının nümayəndələrinə döyüş əməliyyatı üzrə komandanımız vasitəsilə xəbər çatdırdıq ki, onların Əfqanıstan torpağındakı istənilən fəaliyyəti ABŞ heyətinin və ya oradakı missiyamızın riskə məruz qoysa, ABŞ-ın sürətli və qətiyyətli hərbi cavabını görəcəklər.

Beşincisi, Səfir Tracey Jacobsonu Əfqanıstanın Xüsusi İmmiqrant Vizası üçün müraciət edənlərin və digər Əfqan müttəfiqlərinin daşınması və köçürülməsi məsələləri üzrə cavabdeh şəxs təyin etmişəm. Ürəyimiz indi risk altında olan igid Əfqan kişilərinin və qadınlarının yanındadır. Ümumi işimizə və bu işdə işyirak edənlərin ailələrinə kömək edən minlərlə insanın evakuasiyası üçün çalışırıq.

Biz məhz bunu etməyə hazırlaşırıq. İndi isə icazə verin, izah edim ki, biz bu mərhələyə necə gəldik.

Amerika 20 il bundan əvvəl Əfqanıstana daxil oldu ki, sentyabrın 11-də bizim ölkəyə hücum edən qüvvələri məğlub etsin. Bu missiya on il bundan əvvəl Usamə bin Ladenin ölümünə və “əl-Qaidə”nin deqradasiyasına gətirib çıxartdı. Hər halda, 10 il sonra mən Prezident olandan sonra Amerika qoşunlarının az bir hissəsi hələ də orada idi. Ya qısa müddətdə oradan çıxmalı idik ya da açıq döyüşə qayıtmalı idik.

20 il ərzində ölkəmizin Əfqanıstanda müharibədə olması dövründə Amerika ən yaxşı gənc kişi və qadınlarını oraya göndərdi, bu işə təxminən 1 trilyon dollar sərmayə qoydu, 300.000-dən çox əfqan əsgər və polisinə təlim verdi, onları ən müasir hərbi avadanlıqlarla təchiz etdi və ABŞ tarixində ən uzun sürən müharibənin bir hissəsi kimi Hərbi Hava Qüvvələrinə dəstək verdi. ABŞ-ın hərbi mövcudluğunun bundan sonra da daha bir il və ya beş il davam etsməsi əfqan hərbçilərinin öz ölkəsini saxlaya bilməməsi və ya saxlamaq istəməməsi halında heç nəyi dəyişməzdi. Amerikanın başqa bir ölkədəki vətəndaş münaqişəsində sonsuz iştirakı mənim üçün qəbuledilməz idi.

Mən hakimiyyətə gələndə sələfimin bağladığı sövdələşməni miras aldım,—o, talibləri 11 sentyabr 2019 – cu il ərəfəsində Kemp-Deviddə müzakirəyə dəvət etdi, – bu da talibləri 2001-ci ildən bərbi cəhətdən ən güclü mövqeyə çıxartdı və ABŞ Silahlı Qüvvələri üzərinə 1 may 2021-ci il tarixini son müddət kimi qoydu. O, postunu tərk etməzdən bir qədər əvvəl Amerika qoşunlarının sayını minimum 2500 nəfərə qədər azaltmışdı. Buna görə də, prezident olduğum zaman seçim qarşısında qaldım— qüvvələrimizi və müttəfiqlərimizi təhlükəsiz şəkildə çıxarmaq üçün sövdələşməni yerinə yetirmək və ya orada mövcudluğumuzu artırmaq və başqa bir ölkədə vətəndaş münaqişəsində yenidən mübarizə aparmaq üçün daha çox Amerika qoşunlarını göndərmək. Mən Əfqanıstanda Amerika qoşunlarının iştirakına başçılıq edən dördüncü Prezident idim-iki Respublikaçı, iki demokrat. Mən bu müharibəni beşinci prezidentin üstünə atmazdım və atmayacağam.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button