Manşet

Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq – Prezidentin köməkçisi

Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq.

“SAVAŞ” xəbər verir ki, bu barədə Operativ Qərargahın keçirdiyi birfinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

TƏBİB-in departament müdiri Yaqut Qarayeva isə koronavirusla bağlı hazırkı durum haqda məlumat verib:

“Azərbaycanda son günlərdə kəskin sürətdə yoluxma müşahidə olunur. Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Ayın əvvəlində 7 faiz idisə, indi isə bu əmsal 23 faizdir. Bu gün 18 pandemiya müəssisəsi fəaliyyət göstərir. Əlbəttə ehtiyat tibb müəssisələri mövcuddur. Bu sahəyə bağlı 40-a yaxın xəstəxana var. Avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, dünənki rəqəmə əsasən bu rəqəm 2458-i keçib. Bu da onu göstərir ki, ciddi şəkildə qaydalara əməl etməliyik”.

***

Ş. Mövsümov bildirib ki, sentyabrın 1-dən Azərbaycanda bu qaydalar tətbiq olunacaq:  Ticarət mərkəzləri, mehmanxanalar, ictimai iaşə və ali təhsil müəssisələrinə yalnız Covid pasportu olan şəxslər buraxılacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button