Manşet

Məhərrəmlikdə baş tutan toylar bu rayonlarda keçirilib – SİYAHI

Karantin rejimi həm də insanların bəzi steriotiplərdən uzaqlaşmasına səbəb olub. Məhərrəmlik ayında toyların sayındakı artım buna misal olaraq göstərilə bilər.

Xatırladaq ki, rəsmi açıqlamaya görə, təkcə aşura günündə ölkə ərazisində 7 toy mərasimin keçirilməsi qeydə alınıb. Məhərrəmlik daxil olandan isə çoxsaylı toy mərasimlərinin baş tutması sirr deyil.

Bu mühafizəkarların sərt qınağına səbəb olsa da, toy edənləri dəstəkləyənlər də yox deyil.

Maraqlıdır, Məhərrəmlikdə toy mərasimləri əsasən ölkənin hansı rayon və şəhərlərində baş tutub?

Suala cavab tapmaq məqsədilə Sfera.az əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O, qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qəbul etdiyi qərarların icrasına nəzarət məqsədilə daxili işlər orqaları respublikanın bütün ərazilərində nəzarət profilaktika tədbirləri həyata keçirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yayılan monnitorinq məlumatlarına nəzər saldıqda isə son on gün ərzində toy mərasimlərindəki qanun pozuntuları Bakı, Sumqayıt şəhərlərində, Qax və Ağstafa rayonlarında qeydə alınıb. Bu statistika isə şənlik və toy mərasimlərinin bu yaşayış məntəqələrində keçirilməsini düşünmək üçün əsaslar yaradır.

Əzizə Zeynal

 

 

 

 

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button