Manşet

COVİD-19 pasportu ilə bağlı cərimələrin məbləğləri açıqlandı

Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq.

“SAVAŞ” bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib:

Elşad Hacıyev bildirib ki, təhsil müəssisələrində əyani tədrisin başlaması üçün monitorinq qruplarına Təhsil Nazirliyi nümayəndələri, rayon nümayəndələri dəvət olunacaq:

“İri ticarət mərkəzlərində beynəlxalq təcrübə səas götürülməklə obyektlərin qarşısına polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin passportları yoxlanacaqdır. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı keçiriləcəkdir. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq. Obyektlər, təhsil müəssisələrinə daxil olacaq şəxslər xidməti formada olmayacaq. Buna görə də 18 yaşdan yuxarı şəxslərin COVID passportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button