Manşet

ABŞ-da istehsal olunan yeni peyvənd COVID-19 virusunu məhv edəcək – Rəsmən təsdiqləndi

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) “Pfizer/BioNTech” şirkətinin COVID-19 epidemiyasına qarşı istehsal etdiyi peyvəndin tam olaraq təsdiqləndiyini açıqlayıb.

İdarədən bu haqda verilən açıqlamada aşağıdakı kimi qeyd olunub:

“Bu gün ABŞ Qida və Dərman İdarəsi ilk COVID-19 peyvəndini təsdiqlədi. Peyvənd “Pfizer/BioNTech” olaraq tanınır. 16 yaşdan yuxarı insanlarda koronavorirusun qarşısının alınması üçün “Comirnaty” adı ilə satılacaq”.

Qərarı COVID-19-la mübarizədə dönüş nöqtəsi hesab edən FDA rəsmisi Janet Vudkok bildirib ki, ictimaiyyət bu peyvəndin yüksək təhlükəsizlik, effektivlik və istehsal keyfiyyəti standartlarına cavab verdiyinə əmin ola bilər.

Qeyd edək ki, 2020-ci ilin dekabında “Pfizer/BioNTech” peyvəndi ABŞ-da təcili istifadə təsdiqlənib.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button