Manşet

“Sosial şəbəkələrdə dini fanatizmi təbliğ edənlər nəzarətə götürülməlidir” – Açıqlama

“Dini fanatizmə qarşı mübarizə üçün ilk növbədə orta məktəblərdə ilahiyyat dərsləri keçirilməlidir”.

Bu sözləri ölkədə dini fanatizmin artması təhlükəsi haqda danışarkən, politoloq Cümşüd Nuriyev deyib:

“İslam dini orta məktəblərlə yanaşı, ali təhsil ocaqlarında da olduğu kimi tədris olunmalı, bununla da dini fanatizmin yayılma arealı daraldılmalıdır. Təəssüf ki, televiziyalarda islamın elmi izahı ilə bağlı heç bir təbliğatı işlər aparılmır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz işinin öhdəsindən gəlmir. Qurum dövlətin siyasətini uğursuz şəkildə həyata keçirir”.

C. Nuriyev sosial şəbəkələrdə dini fanatizmi təbliğ edən səhifə və qrupların mövcudluğuna diqqət çəkərək, müvafiq qurumların məsələni nəzarətə götürməli olduğunu düşünür. O, hesab edir ki, hazırda Azərbaycan bilərəkdən teokratik dövlətə doğru itələnir:

“Ölkəmizdə 15-ə qədər müxtəlif təriqətlər formalaşıb. Həmçinin, Azərbaycanda din biznesə çevrilib. Ən qorxulusu da budur. Azərbaycan dövləti buna bir nizam gətirməlidir”.

Elçin

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button