Manşet

Şirvanda partlayış: 1 nəfər öldü

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörək bişirmə sexində partlayış baş verməsi nəticəsində 1 nəfər şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində sexin yaxınlığında quraşdırılmış, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəymiş, sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə  cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button