Manşet

Yanaşı xəstəliyi olmayanlar niyə ölür? – Koronavirus “qabıq dəyişir”…

Son vaxtlar koronavirusa yoluxan sağlam şəxslərin də dünyasını dəyişməsi kimi hallarla rastlaşırıq. Belə ki, əvvəl COVID-19-a yoluxan və yanaşı xəstəliyi olan şəxslərdə ağırlaşma və ölüm hallarının müşahidə olunduğu bildirilsə də, hazırda bu vəziyyət sual doğurmaqda davam edir.

Maraqlıdır, koronavirusa yoluxan və yanaşı xəstəliyi olmayan şəxslərin dünyasını dəyişməsinə səbəb nədir?

Daxili xəstəliklər uzmanı Həbib Sahratov koronavirusa yoluxan şəxslərdə ölüm hallarının olmasının müalicə üsulu ilə əlaqədar olduğunu deyib:

“Xroniki xəstəliyi olan insanların koronavirusa yoluxarkən ölmə ehtimalları məlum olduğu kimi daha yüksəkdir. Lakin sağlam şəxs də koronavirusa yoluxsa, ölə bilir. Belə ki, virusa yoluxan şəxs vaxtında xəstəliyə müdaxilə etmir, heç bir müalicə qəbul etmir və beləlikə ağırlaşma baş verir. Ağırlaşma olduqdan sonra edilən müdaxilələr yetərsiz qalır. Əgər insan koronavirusa yoluxursa, mütləq şəkildə müalicə almalıdır”.

Həkimin sözlərinə görə, ölüm hallarının olması koronavirusun ağciyərə daha çox nüfuz etməsi ilə bağlıdır:

“Bəzən koronavirusa yoluxan şəxslər düzgün müalicə üsulu seçmir ki, bu da vəziyyətin pisləşməsinə gətirib çıxarır. Xəstəliyə yoluxan şəxs mütləq şəkildə müayinə olunmalı, ağciyərə xəstəliyin təsir gücü öyrənilməlidir. Bəzən ağciyərin böyük hissəsində koronavirusa görə zədələnmə olur ki, bunun da qarşısını heç bir müalicə ilə ala bilmirik və xəstəni itiririk”.

Əzizə Zeynal

Sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button