Manşet

ÜST-dən dəhşətli açıqlama: “Dekabra qədər 236 min adam öləcək…”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa nümayənədliyi koronavirusa qarşı peyvəndləmə prosesi zəif aparıldığı üçün ölüm hallarının çoxalacağı ilə bağlı məlumat yayıb.

ÜST-ün Avropa Masasının rəhbəri Hans Kluqe qitədə koronavirus peyvəndi proqramlarının yavaşladığını və koronavirus xəstəliyinin yayılma sürətinin narahatlıq doğurduğunu söyləyib.

ÜST rəsmisi bu səbəblə Avropada dekabrın 1-nə qədər 236 mindən çox insanın xəstəlikdən ölə biləcəyini deyib.

ÜST nümayəndəsinin verdiyi məlumata görə, epidemiya başlayandan bu yana Avropa ölkələrində qeydə alınan koronavirus ölümlərinin sayı 1 milyon 300 mini keçib. Ötən həftə 53 Avropa ölkəsindən 33-də koronavirusla bağlı ölümlərdə 10 faiz artım olub.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button