Manşet

“Bu, bizim işimiz deyil” – Səhiyyə Nazirliyindən vaksin basabası haqda açıqlama

“Vaksinasiyadakı sıxlıq hər kəsə məlumdur. Amma dəfələrlə qeyd edildiyi kimi növbələri tənzimləmək tibb işçilərinin öhdəliyi deyil”.

Bunu Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə deyib.

O, böyük qismi xanımlar olan işçilərin narazı kütlənin önünə çıxmasının mümkün olmadığını vurğulayıb:

“Yaxınlaşan vətəndaşların əksəriyyəti qeydiyyatsız gəlir və tibb işçiləri onları növbəyə salır. Bu da təbii olaraq zaman itkisinə səbəb olur. Vətəndaşlarımızdan bu istiqamətdə anlayış istəyirik”.

Qurum rəsmisi həmçinin peyvənd növbələrində səs-küy salanlara da suallar ünvanlayıb:

“Xəstəliyə yoluxmadığınız təqdirdə, niyə son gün o izdihama siz də qatılırsınız? Niyə son gün vaksin olunursunuz? Araşdırmaçı kimliyinizlə niyə növbədə sıxlıq yaradanlar sırasındasınız?  Yanvardan başlayan və may ayından hamının (+18) rahat qatıla biləcəyi prosesi son 15 gündə bu hala niyə salırsınız? Zamanında vaksin vurdurmaq olmazdı?”

İnci

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button