Manşet

Kürəkəninin Alim Qasımovun evindən oğurladığı qızıllar tapıldı – Görün, harada gizlədibmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni Elnur Mövlamov məhkəmə prosesi keçirilib.

Hakim Samir Hüseynovun sədrliyi ilə keçirilən iclasda Nəsimi RPİ 21-ci Polis Bölməsinin  polis əməkdaşı şahid qismində ifadə verərək deyib ki, tutulanda Elnur Mövlanov 3-4 gün əvvəl qumar oynadığını ona deyib: “Orada dava düşüb və xəsarət alıb”.

Proses zamanı məlum olub ki, Elnur Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.

Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

Məhkəmə prosesi sentyabrın 7-də davam etdiriləcək.

qafqazinfo.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button