Manşet

“Eduard, heç bir açıqlama vermədən razı ol” – Lavrov erməni nazirə yazdığı “zapiska”dan danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov 2009-cu ildə Ermənistan-Türkiyə protokollarının imzalanması ərəfəsində Ermənistanın o zamankı xarici işlər naziri Eduard Nalbandyana yazdığı qısa məktubla bağlı maraqlı açıqlama verib.

Savash.org-un erməni mətbuatına istinadla məlumatına görə, Təhsil Marafonu iştirakçılarından biri Sergey Lavrova 2009 -cu ildə Ermənistan Respublikasının o zamankı xarici işlər naziri Eduard Nalbandyana ötürdüyü qısa məktubu xatırladıb:

“Məktubda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı protokolların imzalanmasından bəhs olunurdu. Siz erməni nazirə yalnız 6 söz yazmışdınız: “Eduard, heç bir açıqlama vermədən mərasimə razı ol”. Bəs bu 6 söz erməni həmkarınızı müqaviməti dayandırmağa necə inandırdı? ” – deyə iştirakçı soruşub.

Sergey Lavrovun cavabı isə illər öncə baş vermiş olayın təfərrüatlarını ortaya çıxarıb:

“2008 -ci ildə erməni dostlarımız bizə dedilər ki, türklər diplomatik əlaqələrin bərpası, münasibətlərin normallaşdırılması barədə razılığa gəlməyi təklif edib. Dedik ki, bu çox yaxşıdır, bəs, ilkin şərtləri nədir? Məlum oldu ki, heç bir ilkin  şərt yoxdur. İmzalama  mərasimi Ermənistan və Türkiyə nazirlərinin iştirakı ilə Sürixdə planlaşdırılırdı.

O vaxt ABŞ Dövlət katibi, AB nümayəndəsi olan Hillari Klinton, mən və başqa kimsə mərasimə qatıldıq. Amma imzalamadan əvvəl türk həmkarlarımız sənədə Dağlıq Qarabağla bağlı bənd əlavə edəcəklərini, əks təqdirdə sənədi imzalayacaqlarını bildirdilər. Bəndin mətni Ermənistanın mövqeyinə zidd idi. Həmkarıma dedim ki, əvvəlcədən  sənədin heç bir ilkin şərt olmadan imzalanacağına inanmırdım…

Amma olan olmuşdu. Hamı bir araya gəlmişdi və çıxılmaz vəziyyət yaranmışdı. Nəticədə türkiyəli həmkarlarımız bu rəsmi şərtdən imtina etməyi qəbul etdi, amma erməni həmkarlarımız bildirdilər ki, Ermənistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini əks etdirən bəyanat verməlidirlər. Cavab olaraq, türkiyəli nazir də dedi ki, siz bəyanat versəniz, mən də bəyanat verəcəyəm. Sonra oturub futbola tamaşa edirdik, iki nazir isə gecə yarısına qədər mübahisə etdilər.

Artıq başa düşmüşdük ki,  bu vəziyyətdən birtəhər çıxmalıyıq, ona görə də şərh mövzusunda israr etməməsi üçün ona (Eduard Nalbandyana-red.) məktub yazdım. Nəticədə sənədlər imzalansa da, sonradan eyni səbəbdən “yoxa çıxdı”, çünki tərəflərin Qarabağ münaqişəsinin  tənzimləmə prosesi ilə bağlı fərqli fikirləri vardı”.

Selcan

Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button