Manşet

Generalın oğlu vəkilə hücum çəkdi və ölkəni tərk etdi

21 il əvvəl Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən sabiq ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib. Bu barədə mərhum E.Əliyevin ailəsinin vəkil Elçin Sadıqov məlumat verib.

Xatırladaq ki, vəkil Elçin Sadıqov R.Əkbərovun oğlunun məhkəmə binasında ona hücum çəkdiyini, döymək istədiyini bildirmişdi və ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişdi.

İndi Elçin Sadıqov deyib ki, şikayəti ilə əlaqədar polis şöbəsi ilə əlaqə saxlayıb, Telman Əkbərovun ona hücum etməsi faktı ilə bağlı şikayətinin araşdırılmasının nə yerdə olduğu ilə maraqlandığını deyib: “Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman Əkbərov 2 sentyabr 2021-ci il tarixdə ölkəni tərk edərək Türkiyəyə getdiyi üçün onun dindirilməsi hələ mümkün olmayıb”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button