Manşet

Bərdənin icra başçısı Heydər Əliyevin anım tədbirinə görə məmurlara hirsləndi – TƏFƏRRÜAT

Bərdənin icra başçısı Heydər Əliyevin anım tədbirinə görə məmurlara hirsləndi – TƏFƏRRÜATBərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev may ayının 10-da ümummilli lider Heydər Əliyevin anım tədbirində yerli məmurlara qəzəblənib və onları sərt dillə tənqid edib.

Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Heydər Əliyevin doğum günündə əksər rayonlarda düzənlənən ənənəvi xatirə tədbiri Bərdə rayonunda alınmayıb. Daha doğrusu, Heydər Əliyevin doğum günü Bərdədə olduqca sönük təşkil olunub ki, bu da nəticə etibarilə icra başçısı Vidadi İsayevi özündən çıxardıb.

Onun tapşırıqlarının layiqincə yerinə yetirilmədiyini düşünən icra başçısı buna görə yerli məmurları kabinetində təşkil etdiyi yığıncaqda çox sərt şəkildə tənqid edib və baş verənlərə görə onları bağışlamayacağını söyləyib.

Savash.org-a daxil olan məlumata görə, icra başçısı məmurlara konkret xəbərdarlıq da edib. Belə ki, Heydər Əliyevin anım günüdə buraxılan səhvlərdən qəzəblənən başçı “Bakı 2015”- Birinci Avropa Oyunlarının məşəlinin Bərdəyə gətirildiyi tədbirdə hansısa “ÇP”-nin olacağı təqdirdə məmurlarla başqa dildə danışacağını vəd edib.

Mənbəmizin sözlərinə görə, Heydər Əliyevin doğum gününün Bərdədə sönük şəkildə təşkili “yuxarılara” da məlum olub və buna görə Vidadi İsayevin hansısa formada cəzalandırılacağı da istisna olunmur.

Mövzuya qayıdacağıq.

Savash.org

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button