Manşet

“Danışmaq istəmirdim, ancaq bıçaq sümüyə dirənib…” – Aslan İsmayılov

“Bu mövzuya heç toxunmaq istəməzdim. Ancaq artıq bıçaq sümüyə dirənib. İran rejimi öz vətəndaşları olan azərbaycanlılara vaxtilə Ermənistanda azərbaycanlılara edilənləri təkrarlayır”.

Bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, İranda hər hiylə ilə azərbaycanlıların sıxışdırılıb doğma yurdlarından didərgin salındığını bildirib:

“İndi də İran rejimi PKK kürdlərini azərbaycanlıların yaşadığı Sulduza köçürməklə süni konflikt ocağı yaradaraq azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaq istəyir. İranı müdafiə edən vətəndaşlarımızdan xahiş edərdim ki, bu məsələyə də münasibət bildirsinlər”.

Hüquqşünas İranla qonşu, dost münasibətinin olmasının tərəfdarı olduğunu vurğulayıb: “Ancaq qonşu düşmənçilik edəndə susmaq da olmur”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button