Manşet

Azərbaycanda koronavirus cərimələri silinəcək? – Deputatdan AÇIQLAMA

“Koronavirus cərimələrinin bağışlanmana tərəfdar deyiləm, amma əhalinin ağır durumunu nəzərə alaraq məsələyə anlayışla yanaşmalıyıq”.

Bu sözləri Gürcüstan parlamentinin koronavirus cərimələrinə amnistiya elan etməsi fonunda Azərbaycanda da anoloji addımın atılması mükünlüyündən danışarkən, Milli Məclisin deputatı Fazil Mustafa deyib:

“Bu məsələdə insanların imkanlarını, yoxsulluq durumunu nəzərə alaraq addım atmalıyıq. Əslində, koronavirus cərimələrinin bağışlanmasının tərəfdarı deyiləm. İntizam hər şeydən önəmlidir. Pandemiya elədir ki, bir nəfər yoluxubsa, bu başqalarının da həyatına təhlükə deməkdir”.

Deputat bildirib ki, COVİD cərimələrinin bağışlanılması əslində arxayınçılıq yaradacaq, ancaq əhalinin durumu buna getməyə vadar edir:

“Bütün hallarda insanların maddi durumunu nəzərə alaraq bu məsələyə anlayışla yanaşmalıyıq. Pandemiya dövrü əhalini onsuz da xeyli dərəcədə yoxsullaşdırıb. Ona görə koronavirus cərimələrini qonşu ölkədə olduğu kimi silməliyik ki, əhali daha da yoxsullaşmasın”.

Elçin

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button